Argentinalı hücumçu Qonzsalo İquayn karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, "İnter Mayami"də çıxış edən 34 yaşlı futbolçu karyerasının son oyununu MLS-də "Nyu York Siti"yə qarşı keçirərək 0:3 hesabı ilə uduzub.
Oyundan sonra kameralar göz yaşlarına boğulan ötənlərin məşhur futbolçusuna yönəlib.
What an incredible career 👏
— Major League Soccer (@MLS) October 18, 2022
An emotional Gonzalo Higuain after playing his final game. 🇦🇷 pic.twitter.com/m99OiDKkun
İquain karyerasında “River Pleyt”, “Real Madrid”, “Napoli”, “Yuventus”, “Milan”, “Çelsi” və “İnter Mayami”də çıxış edib. O, Argentina millisinin heyətində 75 oyunda 31 qol vurub. Klub karyerasında isə 711 oyun keçirib və 335 qol sevinci yaşayıb. Bu mövsüm isə o, 29 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa