"Real Madrid"in hücumçusu Kərim Benzema "Qızıl top"u qazanandan sonra "Mançester Yunayted"in 37 yaşlı ulduzu Kriştianu Ronaldudan danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Ronaldu ilə oynamaq mənim üçün şərəf idi. O, sadəcə vəhşidir! Kriştianu "Real Madrid"dən ayrılanda daha da inkişaf etməli, meydanda əvvəlkindən çox işləməli olduğumu anladım".
Qeyd edək ki, "Qızıl top"un beşqat qalibi olan Ronaldu son səsvermədə 20-ci olub.
Nihat