Fransanın elita təmsilçilərindən olan "Monpelye" baş məşqçisi Olivye Dallolyo qovulub .
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib.
Qeyd edək ki, Dallolyo 2021-ci ilin iyun ayından “Monpelye”ni çalışdırırdı. “Monpelye” bu mövsüm onun baş məşqçiliyi altında 11 oyuna cəmi 4 qələbə qazanıb, 7 məğlubiyyətlə üzləşib. Komanda hazırda turnir cədvəlində 12 xalla 11-cidir.