İngiltərənin Mançester şəhərində taekvondo və parataekvondo üzrə Qran-Pri turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan hər iki yarışda təmsil olunacaq.
Ölkəmiz oktyabrın 20-də baş tutacaq parataekvondoçuların mübarizəsində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Röyalə Fətəliyeva (K44, 47 kq), Sabir Zeynalov (K44, 58 kq), İmaməddin Xəlilov (K44, 70 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) ilə təmsil olunacaq. Komanda Mançesterə bu gün yollanacaq.
Taekvondoçuların yarışında isə Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxacaq. O, Qran-Priyə oktyabrın 19-da baş məşqçi Reza Mehmandustun rəhbərliyi altında yollanacaq.
Yarışda taekvondoçular oktyabrın 21-23-də gücünü yoxlayacaq.
Qeyd edək ki, Cavad Ağayev və Fəridə Əzizova yarışa dəvət alsalar da, zədə səbəbindən iştirak edə bilməyəcəklər.
Mançesterdə döyüşləri idarə edəcək ədalət təmsilçiləri sırasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Aygün Abdullayeva da olacaq.