Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.
Dərnəgül Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olacaq. Cavab görüşü oktyabrın 20-də baş tutacaq.
Çağırış Kuboku
1/32 final mərhələsi
İlk oyun
18:00. “Kitro Varazdin” (Xorvatiya) - “Murov” (Azərbaycan)
Bakı. Dərnəgül Voleybol Mərkəzi