İtaliya millisinin sabiq qapıçısı, hazırda B Seriyasında çıxış edən "Parma"nın formasını geyinən Canluici Buffon ölkəsinin yığmasının baş məşqçisi olmağı arzuladığını deyib.
Fanat.Az xəbər verir ki, DAZN 44 yaşlı qolkiperin dediklərini belə çatdırıb:
"Əlbəttə, İtaliya seçməsini çalışdırmaq mənim üçün çox maraqlı olar. Bu, rəngarəng arzudur. De Rossi, Qrosso və İnzaginin timsalında keçmiş komanda yoldaşlarımın ( millini nəzərdə tutur - red.) B Seriyasında məşqçilik etdiyini görmək qəribə duyğular yaradır. Mən isə hələ də oynayıram".
Nihat