İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün qadın güləşi üzrə mübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən 50 kiloqram çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/8 final mərhələsində olimpiya və üçqat dünya çempionu Yui Susaki (Yaponiya) ilə üz-üzə gəlib. Görüş rəqibin vaxtından əvvəl (10:0) qələbəsi ilə başa çatıb.
55 kq çəkidə yer alan Elnurə Məmmədova təsnifatda Andrea Beatrisi (Moldova) "tuş"la yensə də, 1/4 finalda ABŞ təmsilçisinə uduzub.
Nəhayət, 59 kq-da mübarizə aparan Jalə Əliyeva 1/8 finalda Mansi Mansiyə (Hindistan) yenilib - 4:10.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) final qarşılaşmalarına çıxacaq. Onlar qızıl medal uğrunda, müvafiq olaraq, Kerem Kamal (Türkiyə) və Pavel Puklavetslə (Serbiya) qarşılaşacaqlar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.
***
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün qadın güləşi üzrə mübarizəyə start veriləcək.
Azərbaycan təmsilçilərindən 50 kiloqram çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/8 final mərhələsində Yui Susaki (Yaponiya) ilə üz-üzə gələcək.
55 kq çəkidə yer alan Elnurə Məmmədova təsnifatda Andrea Beatrisi (Moldova) sınağa çəkəcək. 59 kq-da mübarizə aparan Jalə Əliyeva isə 1/8 finalda Mansi Mansi (Hindistan) ilə görüşəcək.