Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünün püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.
Yarışda 14 komanda mübarizə aparacaq. Premyer Liqanın 10 təmsilçisi ilə yanaşı, I divizionun 4 klubu - “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” qüvvəsini sınayacaq.