Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"L'Equipe" nəşri: "PSJ Kilian Mbappenin komandanı tərk etmək istəyindən məyus olub. Klubun qətərli sahibləri futbolçunun münasibətindən narazıdırlar və onun PSJ-yə xəyanət etdiyini düşünürlər. Üstəlik, Mbappenin öz qaydalarını kluba diktə etməyə çalışması da onlara xoş gəlmir. Rəhbərlik Mbappenin tezliklə klubu tərk edəcəyini düşünür".
"Daily Mail" nəri: "Lester Siti" "Seltik"in yarımmüdafiəçisi Mett Oreili ilə maraqlanır. “Tülkülər” baş skaut Şon Sent Ledceri Çempionlar Liqasında oyun zamanı yarımmüdafiəçiyə baxmaq üçün Şotlandiyaya göndərib. "Lester" onu qış transfer pəncərəsində almaq istəyir".
"The Mirror" nəşri: "Çelsi" Leandro Trossard uğrunda rəqabətlə üzləşə bilər. Çünki "Atletiko Madrid" də "Brayrton"un ulduzu ilə maraqlanır".
"Sky Germany" saytı: "Yuventus"un hücumçusu Duşan Vlahoviç "Bayern Münhen"in maraqlarına uyğun deyil".
"The Mirror" nəşri: "Çelsi" yanvar transfer pəncərəsində "Layptsiq"in hücumçusu Kristofer Nkunkunu heyətinə qatmağa çalışacaq".
Emin Şəmsiyev