Cüdo üzrə Azərbaycan millisinin əslən osetiyalı üzvü Zelim Kotsoyev “Judo Club 2012” ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu ay Daşkənddə keçirilən dünya çempionatının bürünc medalçısı olan 24 yaşlı idmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov, cüdo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov və “Judo Club 2012”nin baş məşqçisi Zaur Paşayev iştirak ediblər.
Kotsoyev gənclər arasında dünya və Avropa çempionu, böyüklər arasında qitə çempionatlarının üç dəfə bürünc medalçısıdır.
Qeyd edək ki, daha əvvəl yığmanın yeni milliləşdirilmiş üzvü Səid Mollayi sözügedən klubla anlaşıb.