Almaniya kuboku uğrunda "Hoffenhaym"a ağır (1:5) hesablı məğlubiyyətdən sonra "Şalke" baş məşqçi Frank Krameri istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun "Twitter" səhifəsində açıqlama yayılıb.
Klub cəmi üç ay “Şalke”nin “sükanı arxası”na keçən 50 yaşlı mütəxəssislə işbirliyinin bitdiyini elan edib.
Bundesliqanın ilk on oyunundan sonra yalnız bir qələbə və üç heç-heçə əldə edən komanda 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, eyni zamanda Almaniya kubokunun 1/8 finalında mübarizədən kənarlaşdırılıb.
Bu, son iki ildə “Şalke”də 8-ci baş məşqçi dəyişikliyidir.
Mirağa