Asiya Dırmanma Çempionatında hicabsız yarışdığı üçün İranın təhlükəsizlik orqanları tərəfindən təzyiqə məruz qalan alpinist Elnaz Rekabi bu gün Tehrana qayıdıb.
Fanat.Az xəbər verir ki, islahatçı "Şərq" qəzeti internet ünvanında idmançının hava limanından videogörüntüsünü yayıb.
Onlarla insan tərəfindən alqışlarla qarşılanan xanım alpinist qısa açıqlama verib. Qara kapüşonlu pencək və beysbol papağı geyinmiş Elnaz, Məhsa Əmininin ölümü ilə başlayan nümayişçilərə həmrəylik jesti kimi şərh edilən addımını belə əsaslandırıb: “Yarışın finalı zamanı hökm sürən ab-hava və gözləmədiyim vaxtda çıxış üçün dəvət olunmağım panika yaratdı. Belədə əşyalarımı qarışdırdım. Ona görə də hansı şərfi taxmalı olduğuma fikir vermədim... Gördüyünüz kimi, İrana sağ-salamat və nəzərdə tutulmuş proqrama uyğun olaraq qayıtdım. Yaradılan gərginliyə görə İran xalqından üzr istəyirəm. Milli komanda ilə vidalaşmaq? Belə niyyətim yoxdur".
مصاحبه خبرگزاری ایرنا با #الناز_رکابی هنگام بازگشت به کشور
— شرق (@SharghDaily) October 19, 2022
به دلیل فراخوانی غیرمنتظرهای که از من در مسابقات شد، درگیر لوازم فنی خود شدم و این باعث شد از حجابی که باید میداشتم غافل شوم.
از مردم ایران به دلیل تشنج ایجاد شده، عذرخواهی میکنم. pic.twitter.com/EFr84D5VH7
Mirağa