Cari mövsümü sonuncu pillədə başa vuran "Kəpəz" artıq Premyer-Liqa ilə vidalaşır.
Ölkə futboluna bir çox tanınmış simanı bəxş edən Gəncədə yenidən futbolun olmayacağı azarkeşlərlə yanaşı, komandada top qovan futbolçuları da narahat edir.
Ötən tur "Turan"la matçda het-trik etmiş Pərvin Paşayev "Rekord.az"-a açıqlamasında bu halın ona çox pis təsir etdiyini bildirib: "Kəpəz"in bu vəziyyətə düşməsi şəxsən mənə çox pis təsir edir. Elə başa düşürəm ki, bu vəziyyət Azərbaycan futbolu üçün də heç də xoş hal deyil. Çünki bu şəhər ölkəmiz üçün bir çox istedadlı futbolçular yetişdirib. Komandanın yenidən dirçəlməyini çox istərdim. Bugünkü gündə çox məyusuq".