Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Mirror" nəşri: "Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haq qolkiper David De Xeanın komandada qalıb-qalmayacağı barədə qərar verməyib".
Xavi"Barselona"dan mümkün qovulmasına münasibət bildirib: “Rəhbərlik məni qovsa, buna normal yanaşacağam. Bu, futboldur. Amma küçələrdə insanlar məni daim dəstəkləyir".
"Bild" nəşri: "Əgər Xavi mövsümün sonuna qədər kuboksuz qalsa, o zaman "Barselona" rəhbərliyi komandaya "Çelsi"dən qovulan alman çalışdırıcı Tomas Tuxeli cəlb edəcək".
"Sport.es" saytı: "Qalatasaray" "Barselona"nın niderlandlı hücumçusu Memfis Depayı yanvarda transfer etməyi düşünür. Klub rəhbərliyi artıq Depayla bu barədə danışıqlar da aparıb."
"Calciomercato" nəşri: "Liverpul"un çalışdırıcısı Yürgen Klopp bu mövsümün sonunda "Kristal Pelas"ın hücumçusu Uilfrid Zahanı komandasında görmək istəyir. Böyük ehtimal növbəti mövsümdən Zaha "Liverpul"un formasını geyinəcək".
Emin Şəmsiyev