"Dinamo Zaqreb"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya klubunun baş məşqçisi Ante Çaçiç "Hayduk"la derbiöncəsi mətbuat konfransında məlumat çatdırıb.
Zaqreb klubunun 5 futbolçusunda virus aşkarlanıb: "Xorvatiyanın ən böyük derbisindən əvvəl nə deyə bilərəm ki? Mən və oyunçularım səbirsizliklə oyunu gözləyirik. Təəssüf ki, dünən virus əhvalımızı bir az pozdu. Ötən gün Lyubiçiç və Ştefuli, bu gün də Nevistiç, Emreli və Bulat. Nevistiç, Bulat və Emrelinin bizimlə səfərə getməyəcəyi dəqiqdir. Lyubiçiç və Ştefuli haqqında son məlumatı gözləyirik. Virus bir-iki gün və ya daha çox davam edə bilər".
Qeyd edək ki, turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşan "Hayduk"la "Dinamo" 14-cü tur çərçivəsində sabah saat 20:00-da üz-üzə gələcəklər.
Mirağa