Məşhur türkiyəli ağır atlet, üçqat Olimpiya, beşqat dünya və altıqat Avropa çempionu Xəlil Mutlu Azərbaycana gəlib.
Fanat.Az xəbər verir ki, o, bu gün Zəngilanda Zəngəzur Dost - Ağır Atletika Klubunun açılşında iştirak edib.
Qeyd edək ki, Zəngilanda səfərdə olan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da kluba baş çəkiblər. Burada Azərbaycan Prezidentinin ştanq qaldırması maraqla qarşılanıb.