"Barselona"nın baş məşqçisi Xavi komandasının uğursuz çıxışı fonunda aldığı dəstəkdən danışıb.
Fanat.Az xəbər verir ki, jurnalist Toni Xuanmarti onun dediklərini şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Mənim telefonum dəstək mesajlarından dağılır. Sanki yaxın qohumlarımdan kimsə ölüb".
Qeyd edək ki, son "el klasiko"da əzəli rəqibi "Real Madrid"ə 1:3 hesabı ilə uduzan "Barselona" ümumilikdə son 4 qarşılaşmasın ikisində uduzub, birində isə bir xalla kifayətlənib. Bundan başqa, Çempionlar Liqasının C qrupunda mübarizə aparan kataloniyalılar hazırda 3-cü yerdədir və pley-offa çıxmamaq təhlükəsi var.
Nihat