İran çempionatında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə liderlərdən olan “Sepahan”la qarşılaşıb.
Təbriz komandası bu oyundan məğlub ayrılıb – 2:4. Rəqib ilk yarını 3:0 öndə tamamlasa da, "qırmızı qurdlar" ikinci hissədə fərqi minimuma endirib. Bununla belə, son dəqiqələrdə buraxılan qol Kurban Berdiyevin çalışdırdığı komandanın məğlubiyyətini rəsmiləşdirib.
“Traktor” 10 turdan sonra 14 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.