Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Arsenal” Londonda PSV-ni qəbul edib.
İngiltərə təmsilçisi rəqibini Cakanın yeganə qolu sayəsində məğlub edərək, liderliyini möhkəmləndirib.
"Arsenal" 4 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. 7 xalı olan PSV isə 2-ci pillədə qərarlaşıb. Beləliklə, “topçular” pley-off-a vəsiqəni təmin edib.
A qrupunda Norveçin “Bude-Qlimt” və İsveçrənin “Sürix” komandaları da mübarizə aparır.
Avropa Liqası, qrup mərhələsi
2-ci turdan təxirə salınmış oyun
20 oktyabr
A qrupu
Arsenal (İngiltərə) – PSV (Niderland) 1:0
Qol: Caka, 71
Xal: Arsenal – 12, PSV – 7, Bude-Qlimt – 4, Sürix – 0.