"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu "Tottenhem"lə oyundakı intizamsızlığına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, ulduz forvard "Instagram" hesabında paylaşım edərək üzrxahlığını bildirib:
“Karyeram ərzində həmişə etdiyim kimi, həmkarlarıma, rəqiblərimə və məşqçilərimə hörmətlə yaşamağa və oynamağa çalışıram. Mən dəyişməmişəm. Son 20 ildə elit futbol oynadığım eyni insanam, peşəkaram. Hörmət mənim üçün həmişə mühüm amildir. Futbola çox gənc yaşımda başladım, yaşlı və təcrübəli oyunçuların davranışlarını həmişə özümə nümunə götürmüşəm. Ona görə də sonradan bütün komandalarda gənclərə özümü nümunə göstərməyə çalışmışam. Təəssüf ki, bu, heç də həmişə mümkün olmur və bəzən anın intensivliyi ilə davranırıq. Hazırda çox çalışmalı olduğumu hiss edirəm. Komanda yoldaşlarımı dəstəkləməyə davam edəcəyəm. Hansısa təzyiqə boyun əymək seçim deyil. Biz "Mançester Yunayted"ik və birlikdə davam edəcəyik. Yenidən bir yerdə olacağıq”.
Qeyd edək ki, "Tottenhem"lə oyunun final fitini gözləmədən paltardəyişmə otağına yollanan Ronaldu buna görə məşqçilər korpusu tərəfindən heyətdən kənarlaşdırılıb. O, "Çelsi" ilə İPL oyununda iştirak etməyəcək.
Mirağa