Misli Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyunun başlanma saatı məlum oldu.
Fanat.Az xəbər verir ki, noyabrın 9-da Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq.
Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.