Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazarı (Qazaxıstan) "ippon"la məğlub edib.
Qeyd edək ki, daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medala sahib çıxıb. Yarışa oktyabrın 23-də yekun vurulacaq.
***
Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazana bilər.
Fanat.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Cavad Sardidi (Səudiyyə Ərəbistanı), Gevorq Manukyan (Ukrayna) və Fransua Drapoya (Kanada) qalib gəlsə də, yarımfinalda Nikola Çilardın (Fransa) müqavimətini qıra bilməyib.
Tçkayev bürünc medal uğrunda Abılayxan Jubanazarla (Qazaxıstan) üz-üzə gələcək.
Eyni çəkidəki Elcan Hacıyev 1/16 finalda Mohab Elhanasa (Kanada) uduzub.
73 kq-da yarışan Vüsal Qələndərzadə Adil Osmanova (Moldova) və Giorgi Teraşviliyə (Gürcüstan) qalib gəlsə də, 1/8 finalda Daniyar Şamşayevə (Qazaxıstan) yenilib. Bu çəkidəki digır cüdoçu Nurlan Osmanov isə əvvəlcə türkiyəli Bilal Çiloğlunu üstələsə də, 1/8 finalda Obidxon Nomonovla (Özbəkistan) bacarmayıb.
Qeyd edək ki, daha əvvəl 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev bürünc medal qazanıb. Yarışa oktyabrın 23-də yekun vurulacaq.
***
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu çıxış edəcək.
Kişilərin 73 kq çəki dərəcəsində yer alan Nurlan Osmanov startda Bilal Çiloğlu (Türkiyə), eyni çəkidəki Vüsal Qələndərzadə isə Adıl Osmanovu (Moldova) sınağa çəkəcək.
81 kq çəki dərəcəsində çıxış edən cüdoçulardan Elcan Hacıyev Laklan Murhed (Böyük Britaniya) / Mohab Elnahas (Kanada) cütünün qalibi ilə mübarizə aparacaq. Zelim Tçkayev isə Cavad Sardidi (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq.
Qələndərzadə mübarizəyə 1/32, digər təmsilçilərimiz 1/16 final mərhələsindən başlayacaq.
Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 23-də yekun vurulacaq.