Bu gün Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək yarışa 15 ölkədən 193 idmançı qatılacaq. Azərbaycan millisi turnirdə 3 oğlan cüdoçu ilə təmsil olunacaq.
Bunlar Mehdi Cəfərov (66 kq), Şamil Sadıqov (73 kq) və Tamerlan Cabbarovdur (90 kq).
Qeyd edək ki, olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışın ədalət təmsilçiləri arasında yer alacaq.