Yaponiya millisinin sabiq futbolçusu Masato Kudo vəfat edib.
Fanat.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hücumçu beyin əməliyyatından sonra 32 yaşında dünyasını dəyişib.
Forvard oktyabrın 3-də xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Masato Kudo yığmanın heyətində dörd oyun keçirib və iki qol vurub. Hücumçu ölkəsində "Kasiva Reysol"dakı çıxışına görə tanınıb.
Emin