Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti matçını keçirib.
Kristian Ştrayxın baş məşqçi olduğu komanda XI turda "Verder"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Frayburq"un ilk qolunu 56-cı dəqiqədə Lukas Kübler, ikinci qolunu isə 80-ci dəqiqədə Vinçentso Qrifo vurub.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran komanda üçüncü pillədə qərarlaşıb. Qonaqlar isə 15 xalla 11-ci sıradadır.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.