"Sonuncu turda uduzsam da, dünya çempionuyam. Bu, mənim uşaqlıq arzum idi".
Fanat.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi "Facebook" səhifəsinə açıqlamasında gənc qızlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib.
G.Beydullayeva dünya çempionluğunun heç bir uğurla müqayisə olunmadığını, bunun xüsusi duyğu olduğunu dilə gətirib: "Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul almışdım. Amma bu, mənim klassik formatda ilk dünya çempionluğumdur. Çox xoşbəxtəm. Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır".
Dünya çempionu qarşıdakı hədəfləri haqqında bunları deyib: "Yəqin ki, Dünya Kubokuna qatılacağam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəyəm".