21:49 23.10.2022 368

Regekampf "Sabah"a məğlubiyyəti şərh etdi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 2:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında belə danışıb:

- Çox çətin durumdayıq. Zədəli, cəzalı oyunçularımız var. Bu gün “Sabah”a qarşı mübarizə aparmaq istəyirdik. Səmimi olmalıyıq və bildirməliyik ki, rəqib yaxşı dönəm keçirir. İlk hissədə istədiyimiz şeyləri etməyə çalışır, sonlandırmaya çatanda bunu bacarmırdıq. Caberin, Donyonun qol epizodları var idi. Lavalın epizoduna baxanda iki oyunçunun arasında mübarizə gedirdi, fol olmamalı idi. İlk hissəni 0:2 geridə başa vurduq. İkinci yarıda da 3-cü qolu buraxmalıydıq ki, komanda ayılsın. Son 20 dəqiqədə təzyiq etdik. “Sabah” futbolçuları yalnız yerdə vaxt uzatmaqla məşğul idi. Hətta biz azlıqda oynayırdıq. Bir az da bəxtimiz gətirsəydi və şanslardan istifadə etmək mümkün olsaydı, oyun 3:3 bitə bilərdi. Bəzi problemləri həll edə bilmişik. Zədəli oyunçularımızı bərpa etməyə çalışırıq. Bu gün məğlub olduq və 3 futbolçu itirdik.

- Nəticəni ədalətli sayırsınız?
- Ədalətli o vaxt sayardım ki, oyunun gedişatında hakimin verdiyi qərarlar hər iki tərəfə eyni olardı. Oxşar hallarda fərqli yanaşma olurdu. Sona 8 dəqiqə artırıldı, amma onun bəlkə 2 dəqiqəsini oynamadıq.

- Komanda ilk dəfə evdə məğlub oldu. Futbolçuları oyuna kökləyə bilməmişdiniz?
- Evdə uduzmuşuq, yaxşı hal deyil. Komandada bir neçə problemi həll etmişik. Oynaya bilməyən aparıcı oyunçularımız var. Onların yerlərini doldurmaq üçün məcburən oyunçuların mövqeyini dəyişirik. Bu da asan deyil. Gözləmirdim ki, əlimdə 2 yerli yaxşı futbolçu olsun və hər ikisi oynaya bilməsin. Mövsümün əvvəlində heyəti quranda hər mövqedə 2 futbolçu olmasını istəyirsən. Belə problemləri gözləmirdik. Oyunçu itkiləri məşqlərə də təsir edir. Hər məşqdə 11-13 əsas heyət oyunçusu olur. Bu şeylərə baxmayaraq, son 20 dəqiqədə verdiyimiz reaksiya, mübarizə çox xoşuma gəldi.

- 7-ci tura kimi işlər yaxşı gedirdi. Fasilədə Rumıniyaya yollandınız və müəyyən problemlər oldu. Düşünmürsünüz ki, özünüzlə bağlı da problem var?
- Xeyr. Çoxlu itkilərimiz var. Bu dönəmdə 9 oyunçu itirmişik. Məndə problem axtara bilərsiniz. Belə görmürəm. Pozitiv insanam. Zədə olanda müdaxilə edə bilmirəm. Aparıcı oyunçuların yerini doldurmaq çətindir.

- Komanda əksər matçlarda ilk hissəni aşağı səviyyədə keçirir və sanki bir zərbə aldıqdan sonra ayılır. Bu, nə ilə bağlıdır?
- “Sabah”la matçları və “Qarabağ”la oyunu daha yaxşı bitirməliydik. Bu cür hallar baş verir. Bəzən ilk hissəni, bəzən ikinci yarını daha yaxşı keçiririk.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X