Noyabrın 4-6-da Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, nüfuzlu yarışda iştirak üçün bu günədək 56 ölkədən 301 idmançı qeydiyyata alınıb.
Onların arasında olimpiya, dünya və qitə çempionları var.
Azərbaycan millisinin heyəti isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si ilin təqvimində sondan əvvəlki analoji yarışdır. Sonuncu "Böyük Dəbilqə" 3-4 dekabrda Tokioda keçiriləcək.