Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib.
Fanat.Az xəbər verir ki, Ukrayna çempionatının 8-ci turda “İnqulets”lə 2:2 hesablı heç-heçə edən “Dnepr-1” siyahıdan kənarda qalıb.
Beləliklə, “Qarabağ” qitədə maksimum nəticə göstərən 3 komandadan biridir.
“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda “Düdelanj” (10), Yunanıstanda isə “Panatinaikos” (9) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.