11:14 24.10.2022 597

“ASCO Arena”da hakim biabırçılığı, “Bakcell Arena”da dramatik oyun – Tura baxış

Misli Premyer Liqasında 11-ci turun oyunları sürpriz olmadan başa çatdı.

“Sumqayıt”ın qələbə həsrətinin davam etdiyi turda “Qarabağ” “Turan Tovuz”u üç cavabsız qolla məğlub etdi. Bununla da “Qarabağ”ın bu mövsüm elitanın bütün iştirakçılarını məğlub etməsi rəsmiləşmiş oldu. Səfərdə “Sumqayıt”ı məğlub edən “Zirə” “Qəbələ”ni də 5-ci pilləyə doğru itələdi. Maraqla gözlənilən “Neftçi”-“Sabah” qarşılaşması da ümidləri doğrultdu...

“Qarabağ” – “Turan Tovuz” 3:0
Qollar:
Kvabena Ovusu, 2, Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 53

"Qarabağ": 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

"Turan Tovuz": 1. Tərlan Əhmədli (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 22. Famil Camalov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov.

Bu komandaların ilk dövrədəki oyunu “Qarabağ”ın avrokuboklardakı çıxışına görə təxirə salınmışdı. “Turan Tovuz”la görüş “Qarabağ”ın 3:0 hesablı qələbəsiylə yekunlaşdı. Qarşılaşmanı izləyənlərdə belə bir təəssürat yaranırdı ki, Qurban Qurbanovun komandası istədiyi qədər fərqlənəcək. Tovuzlular müqavimət göstərə bilmir, taleləriylə barışmış kimi görünürdülər. Sözün düzü, bunda Ovusunun 2-ci dəqiqədə hesabı açması da rol oynadı. Qonaq komanda bu qoldan sonra müqavimət göstərməyin əbəs olduğunu anladı, səviyyə fərqi böyük idi.

“Qarabağ”ın digər qollarını Ramil Şeydayev və Ozobiç vurdu. Penaltidən fərqlənən Şeydayev qollarının sayını 10-a çatdırmağı bacardı. Bu qələbə sayəsində xalını 30-a çatdıran “köhlən atlar” turnir cədvəlinin zirvəsində möhkəmlənib. Cəmi 12 xalı olan “Turan Tovuz” isə 6-cı sıradadır.

“Qəbələ” – “Kəpəz” 1:1
Qollar:
Alimi, 20 - Fərid Nəbiyev, 60. 

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 14. Elçin Əlicanov, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadəğ, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

“Qırmızı-qaralar”ın qara günləri davam edir. Ardıcıl üç turdu ki, “Qəbələ” qələbə qazana bilmir. “Qarabağ”la görüşü bir kənara qoysaq, “Qəbələ” iki görüşdə autsayderlərə bata bilməyib. Maraqlıdır ki, “Şamaxı” ilə oyunda olduğu kimi, “Kəpəz”lə görüşdə də “Qəbələ” hesabı açdı. Amma bu üstünlüyü qorumaq mümkün olmadı. “Qəbələ”nin oyununda problemlər yetərincədi. Sanki legionerlər meydanda yetərincə mübarizə aparmır, hesabdakı üstünlükdən sonra arxayınlaşırlar. “Şamaxı” və “Kəpəz” kimi rəqiblərlə görüşdə qələbənin əldən verilməsinə başqa cür izah vermək mümkün deyil. Elmar Baxşıyev heyətin aparıcı üzvlərinə daha tələbkar davranmasa, bu böhrandan çıxmaq çətin olacaq.

“Kəpəz”in oyununda artım olduğu isə göz qabağındadı. Tərlan Əhmədovun gəlişi Gəncə təmsilçisinin işinə yarayıb. “Kəpəz” onun gəlişindən sonra 5 xal toplayıb. Qış fasiləsində problemli mövqelərə əl gəzdirilsə, gəncəlilər xüsusiylə doğma meydanda rəqiblərinə asan təslim olmayacaqlar. “Qəbələ” isə problemlərin həllinə vaxt itirmədən başlamalıdı. Əks halda həm liderlər əlçatmaz olacaq, həm də avrokubok arzuları. 17 xallı “Qəbələ” turnir cədvəlinin 5-cisi, beş xallı “Kəpəz” isə səkkizincisidir.

“Sumqayıt” – “Zirə” 0:2
Qollar:
Rəhim Sadıxov, 16, Sertan Taşkın, 72.

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

“Zirə”: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 7. Filipe Paxtman.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 26. Nemanya Andelkoviç.
Baş məşqçi: Rəşad Sadıqov.

“Kəpəz” baş məşqçisini dəyişib, vəziyyətini nisbətən düzəldibsə, bu sözləri “Sumqayıt” haqqında demək olmaz. “Gənclik şəhəri”ni təmsil edən komandanın problemləri hələ də davam edir. Samir Abasovun gəlişindən sonra da komandanın oyununda hansısa ciddi dəyişiklik yoxdu. Düzdür, komanda azarkeşlərini “Qarabağ”ın qapısına yol tapması ilə sevindirdi. Amma bu qol da zəif təsəllidən başqa heç nəyə yaramadı. Çünki “Zirə” ilə qarşılaşmada “Sumqayıt” məğlubiyyətlə barışdı, özü də “quru” hesabla.

“Zirə” isə “Sabah”la görüşdəki məğlubiyyəti unutdura bildi. Qəsəbə təmsilçisi son üç görüşün ikisində qələbə qazanıb. Bu tur “Qəbələ”nin də məğlub olması onların işinə yaradı. Rəşad Sadıqovun çalışdırdığı komanda 19 xalla 4-cü sırada yer alır. 4 xallı “Sumqayıt” isə sonuncu pilləyə yuvarlandı.

“Səbail” – “Şamaxı” 0:0
Qırmızı vərəqə: Tural Bayramlı, 43

“Səbail”: 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli

“Sumqayıt”ın son pilləyə yuvarlanmasına “Şamaxı”nın onunla xallarını bərabərləşdirməsi səbəb oldu. Ötən mövsümün sonlarından əyalətə köçən komanda üçün bu tur uğurlu oldu. “Şamaxı” yeni mövsümdə ilk dəfə ardıcıl iki oyunda xal qazandı. Ötən tur “Qəbələ” ilə 1:1 hesablı heç-heçəyə sevinən “Şamaxı” bu dəfə Bayılda uduzmadı. Maraqlıdı ki, səfərdə “Turan Tovuz”un qapısına yol tapmağı bacaran “Səbail” doğma meydanda qol vura bilmədi. 

Qolsuz bərabərliyin qeydə alınmasında hakim qərarlarının təsiri oldu. Birinci hissənin sonlarında “Səbail”i azlıqda qoyan İnqilab Məmmədov final fitindən az əvvəl daha bir biabırçı qərara imza atdı. Əlavə olunmuş dəqiqələrdə “Səbail” autdan topu oyuna daxil etdi. Qəribədi ki, yan xətt hakimi Cavanşir Yusifov oyundan kənar vəziyyətə işarə edərək bayrağını havaya qaldırdı. Onun işarəsindən sonra İnqilab Məmmədovun fiti eşidildi. Beləcə mövsümün gedişatında daha bir biabırçı hakim səhvi qeydə alındı.

“Səbail” qələbə qazansaydı, xallarını “Turan Tovuz”la bərabərləşdirəcəkdi. Amma bunu bacarmayan “dənizçilər” 10 xalla 7-ci pillədə qaldı. “Şamaxı” 4 xal toplayıb, amma topların daha yaxşı fərqinə görə “Sumqayıt”ı qabaqlayır.

“Neftçi” – “Sabah” 2:3 
Qollar:
Ömər Buludov, 71. Emin Mahmudov, 82-pen. - Coy Lens Mikels, 37. Emmanuel Apeh, 45+2. Aleksey İsayev 52.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

Tura “Bakcell Arena”da drammatik oyunla yekun vuruldu. “Neftçi”ylə “Sabah” azarkeşlərə əsl futbol bayramı bəxş etdilər. Qapılara beş qolun vurulduğu oyunda “Sabah” qələbəyə sevindi. Oyunun gedişində 3:0 hesabıyla geri düşən “Neftçi” sonradan əzmkarlıq nümayiş etdirərək bu qollardan ikisinin əvəzini çıxdı. Amma “ağ-qaralar”ın bundan artığına gücü çatmadı.

Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf hakimlərdən narazılıq etsə də, Kamal Umudlunun və onun köməkçilərinin nəticəyə təsir edən səhvə yol verdiklərini demək ədalətsizlik olar. Bir acı reallıq var ki, “Neftçi” bu mövsüm əsas rəqibləri “Sabah”la “Qarabağ”a qarşı üç oyun keçirib və bu görüşlərin hamısında məğlub olub. Deməli, düşünmək və nəticə çıxarmaq üçün yetərincə mövzu var.

Artıq “Neftçi” lider “Qarabağ”dan səkkiz xal, “Sabah”dan isə 6 xal geri qalır. Masazır təmsilçisi 11 oyuna 28 xal toplayıb və “Qarabağ”ı inamla təqib edir. Qarşıda bizi daha gərgin mübarizənin gözlədiyi şübhəsizdi. Amma “Neftçi”nin çempionluq yarışına müdaxilə etməyi bacarıb-bacarmayacağını demək çox çətindi.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X