Rusiya millisinin sabiq kapitanı Artyom Dzyuba "Adana Dəmirspor"un heyətində növbəti matçda da oynamayacaq. Türkiyə komandasının məşqçilər korpusu hücumçunu “Konyaspor”la görüşün ərizəsinə belə daxil etməyib.
Fanat.Az xəbər verir ki, məlumat "Sportekspress" saytına məxsusdur.
Buna qədər futbolçu müntəzəm olaraq məşqlərdə iştirak edib və heç bir zədə olmadığından bu qərarın səbəbləri məlum deyil.
Xatırladaq ki, Artyom Dzyuba bir aydan çox “Adana Dəmirspor”un start heyətində yerini itirib. O, Türkiyə çempionatının son 5 oyunundan yalnız birində meydana daxil olub.
Emin