"Roma"nın baş məşqçisi Joze Mourinyu "Napoli"yə məğlub (0:1) olduqları oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis DAZN-a açıqlamasında rəqibin "bostanına daş atıb":
"Layiq olmadıqları qələbə münasibətilə "Napoli"ni və ləyaqətlə oynayıb uduzan futbolçularımı təbrik edirəm. Oyunu uduzmaya bilərdik. Mən də onlar kimi qələbə qazanmaq istəyirdim: qapıya cəmi bir neçə zərbə vurdular ki, onun biri qolla nəticələndi.
Ümumiyyətlə, möhtəşəm komandaya qarşı matça nəzarət edirdik. Bu gecə hansı komanda birinci qol vurdusa, oyunu qazanacaqdı. Bunu onlar etdi və qalib gəldilər. "Napoli" keyfiyyətli komandadır. Təəssüf ki, əlimizə düşən fürsətlərdən yararlana bilmədik".
Mirağa