"Qalatasaray"la keçən yay yollarını ayıran futbolçu Rayan Babel İstanbul klubundan FİFA-ya şikayət edib.
Fanat.Az "Posta" saytına istinadən xəbər verir ki, niderlandlı hücumçu "Qalatasaray"dan alacağı 1,3 milyon avronu gecikdiyinə görə faizi ilə tələb edir.
Məlumatda bildirilir ki, belə hallarda FİFA adətən futbolçunun tərəfini tutur. Klublar bu öhdəliyi yerinə yetirmədikdə cəzalandırılır.
Emin