"Qalatasaray"ın hücumçusu Mauro İkardi Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində keçirilən matçda - "Alanyaspor"la oyunda (2:2) bu mövsüm ilk dəfə rəqib qapısına yol tapıb.
Fanat.Az xəbər verir ki, bu həm də 2022-ci ildə Mauronun vurduğu birinci qol olub.
İkardi son dəfə 2021-ci ilin dekabr ayının 22-də, PSJ forması ilə fərqlənmişdi. Cənubi amerikalı həmin vaxt "Loryan"la görüşdə (1:1) komandasına 1 xal qazandıran qola imza atmışdı.
Qeyd edək ki, İkardi icarə əsasında "Qalatasaray"ın formasını geyinir. Onun hesabında 3 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə var.
Nihat