15:30 24.10.2022 438

"Krasnodar”da cəsarət etmədiyim şeyləri "Sabah"da sınadım" - Murad Musayev

“Sabah”ın baş məşçisi Murad Musayev Rusiya mətbuatına danışıb.

Fanat.Az xəbər verir ki, 38 yaşlı çalışdırıcı “Sports.ru” saytına geniş müsahibəsində Azərbaycandakı fəaliyyətindən də bəhs edib: 

Aldığı təkliflər haqqında...

“Sabah”a gəlməzdən əvvəl isə Avropanın bir neçə klubundan, hətta Ermənistandan da təkliflər almışdım. Amma Azərbaycanı üstün tutdum, Avropadan gələn təkliflərdən imtina etdim. Məsələn, “Ferensvaroş”un prezidenti ilə görüşdüm. Sonra fərqli seçim etdilər, amma yenə də zəng edib bəzi futbolçularla bağlı mənimlə məsləhətləşdilər. Həmçinin Ermənistanın iki klubundan zəng etdilər, birbaşa təkliflər idi. Danışdıq, amma maraqlanmadım. Slovakiyada maraqlı variant var idi, o da alınmadı. 
Azərbaycanda çalışmağa başladıqdan sonra Rusiyaya qayıtmaq variantım vardı. Orada Premyer Liqanın 5 klubundan təklif almışam. Gələn təkliflər çox yaxşı idi. Rusiyadakılar ilk “5-lik” komandaları deyildi. Amma mən hər şeyi atıb gedə bilməzdim.  

"Qarabağ" haqqında...

“Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır. 14 ildir ki, komandaya bir məşqçi rəhbərlik edir. Hər şey kərpic-kərpic hörülüb. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar. Ən vacib məsələ, komandanın iki güclü heyəti var. Onlar Avropada bir heyətlə oynayıb üç gün sonra isə fərqli oyunçularla Azərbaycanda meydana çıxacaqlar, oyun keyfiyyətindən isə heç nə itirməyəcəklər. Məsələn, “Ferentsvaroş” ilə ev matçında yarımmüdafiəçi, əsas oyunçu Kadi, üstəlik iki mərkəz müdafiəçisi yox idi, hansı ki, onlardan biri komandanın kapitanıdır, ancaq yenə onları dayandırmaq mümkün olmadı.
Onların hərəsinə 3 cavabsız qol vurduqları “Olimpiakos” və “Nant”la matçlarına baxsanız, üstün tərəf olduqlarını başa düşəcəksiniz. Komanda əks-hücum taktikası ilə oynamır, qapının ağzında “avtobus” qoymurlar. Cinahları çox fəal istifadə etdikləri dörd müdafiəçili sistemlə çıxış edirlər. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Bütün oyunlarda rəqiblərindən üstün olublar.
 
"Sabah"dakı fəaliyyəti haqqında...

"Sabah"da məşqçilik baxımından “Krasnodar”da cəsarət etmədiyim şeyləri sınadım. Standart vəziyyətlərdə, hibrid sxemlərdə çoxlu yeniliklər etdim. Bunun üçün əvvəlcə “Krasnodar”da baş verənləri təhlil etdim. Məşq prosesinin strukturunu daha aydın şəkildə formalaşdırdım. Hansı gün nə etməli olduğumuzu dəqiqləşdirdim. Məsələn, bir müdafiəçim var ki, döyüşkəndir, yaxşı mübarizə aparır, amma adətən hücuma gecikir, üstəlik son ötürmələrdə problemi var. Onun hücuma çıxmaması üçün taktikamızı yenidən gözdən keçirdik. İndi müdafiədə 4-4-2, hücumda isə 3-2-5 şərti düzülüşü ilə oynayırıq. Çalışırıq ki, rəqibin arxadakı “dördlüy”ünü “beşimiz”lə yükləyək. Bu düzülüşə görə cinahlarda yaxşıyıq. Rəqib “avtobusla oynayanda” belə hücumlar təsirli olur. Amma bu taktikada topla daha sürətli işləmək lazımdır. Bir və ya iki toxunuş, istiqamətləri tez-tez dəyişdirmək, aktiv hərəkətlə daxil ola biləcəyiniz sərbəst zonaları axtarmaq vacibdir.
 
Məndən tez-tez Azərbaycanda inkişaf edib-etmədiyini soruşurlar. Cavab verirəm ki, bəli, inkişaf edirəm. Bir il keçdi, sakit işləyirəm, hansı aspektdən ki, inkişaf var, onları davam etdirirəm, alınmayan şeyləri isə bir daha etməyəcəyəm. Məsələn, əgər müəyyən bir üslubda oynamaq istəyirsənsə və uyğun oyunçuların yoxdursa, bu üslubdan yayınmamalısan, əksinə futbolçuları, onların güclü və zəif tərəflərini sxemə uyğunlaşdırmalısan. Yalnız bundan sonra iş nəticə verəcək.
Daha bir məqam: keçən qış təlim-məşq toplanışında sürət-güc işlərinin həcmini daha da artırmağa çalışdıq. Ancaq biz bunu bir az çox etdik. Bu məqamda oyunçuların imkanlarını və yükləmənin xarakterini nəzərdə saxlamaq lazımdır.
Məşqçi heyətimə daha çox məqamları həvalə etməyə başladım. İndi biz kimin müdafiəyə, kimin hücuma cavabdeh olduğunu, kimin standart vəziyyətləri, kimin nəzəriyyəni, kimin məşq və rəqəmləri təhlil etdiyini aydın başa düşürük. Bu mexanizm “Krasnodar”da da işləyirdi, amma burada daha koordinasiyalı işə nail olduq”.
 
Xatırladaq ki, 39 yaşlı Murad Musayev 1 ildir “Sabah”ı çalışdırır. Onun komandası hazırda Azərbaycan çempionatında lider “Qarabağ”ın əsas izləyicisidir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

Facebookdan bizi izləməyi unutmayın.
X