"Bolonya"nın hücumçusu Marko Arnautoviç, baş məşqçi Erik ten Haqın istəyinə baxmayaraq, "Mançester Yunayted"in futbolçusu olmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məsələ burasındadır ki, Arnautoviçin "Mançester Yunayted"ə keçəcəyi xəbəri çıxandan sonra "qırmızı şeytanlar"ın azarkeşləri kluba çoxsaylı etiraz məktubu göndəriblər.
Bu səbədən komanda rəhbərliyi oyunçunun transfer etmək fikrindən daşınıb.
Emin