Azərbaycan triatlonçusu Rostislav Pevtsov Mərakeşin Tanjir şəhərində keçirilmiş Afrika Kubokunun qalibi olub.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, milli komandanın lideri 750 metrlik üzgüçülük, 20 kilometrlik velosiped sürmə, 5 kilometrlik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edərək qızıl medal qazanıb.
İkinci yeri Almaniya təmsilçisi Yanik Şafler tutub. İspaniyalı Anxel Sançes Kareas isə üçüncü olub.