"Barselona" bu yay heyətinə qatdığı futbolçulardan birini mövsümün sonunda satmağı hədəfləyib.
Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Xavi yayda "Milan"ı azad agent qismində Kataloniya təmsilçisinə dəyişən Frank Kessyenin sərgilədiyi performansdan narazıdır.
Xəbərə görə, sözügedən mütəxəssis artıq klub rəhbərliyi ilə də mövcud vəziyyəti müzakirə edib. Mənbə "Barsa"ya havayı başa gələn 25 yaşlı Kessyenin satılacağını, onun yarımmüdafiədəki yerini isə hazırda icarə əsasında "Valensiya"da çıxış edən Niko Qonsalesin tutacağını vurğulayıb.
Nihat