Fransalı çalışdırıcı Zinəddin Zidan tezliklə məşqçiliyə başlayacaq.
Fanat.Az xəbər verir ki, Parisdəki Qrevin Muzeyində "RMC Sport"a danışan əlcəzair əsilli mütəxəssis bu barədə pərəstişkarlarına mesaj göndərib.
Ötən ilin yayında "Real Madrid"dən ayrıldıqdan sonra futboldan kənarda qalan 50 yaşlı məşqçi çox yaxında yenidən fəaliyyətə başlayacağını bildirib: "Tezliklə qayıdacağam. Bir az daha gözləyin... Tezliklə, çox tezliklə iş başında olacağam. Məşqçilikdən uzaq qalmaram”.
Zinəddin Zidan "Real Madrid" 2016-2018-ci illərdə ardıcıl üç dəfə Çempionlar Liqası titulunu qazanıb. O, kluba ikinci dəfə 2019-cu ildə qayıtsa da, La Liqa çempionluğu ilə kifayətlənib. Onun keçmiş komandası "Yuventus"a, eləcə də mundialdan sonra müqaviləsinin müddəti başa çatacaq Didye Deşamın yerinə Fransa millisinin sükanı arxasına keçəcəyi iddia olunur.
Mirağa