Oktyabrın 28-30-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan qitə birinciliyində 14 (8 kişi, 6 qadın) cüdoçu ilə təmsil olunacaq.
Kişilər: Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq).
Qadınlar: Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq).
Yarışda 40 ölkədən ümumilikdə 310 idmançının iştirakı gözlənilir.
Qeyd edək ki, Avropa çempionatının ilk iki günündə fərdi, son gündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan yığması komanda yarışında da iştirak edəcək.