"Nant" tərəfdarları "Qarabağ"la oyuna xüsusi hazırlaşır.
Fanat.Az "Tribunenantes"ə istinadən xəbər verir ki, Avroliqa oyununu "sarı-yaşıllar"ın Seneqaldan olan bir fanatı da "La Beaujoire" stadionunda izləyəcək.
"Nant" tərəfdarları onun Dakardan olan Ndiavar Dionquenin Seneqaldan Fransaya gətirilməsi üçün kampaniyaya start veriblər və 1545 avro toplayıblar. Bundan sonra onun üçün təcili turist vizası hazırlanaraq səfirliyə təqdim edilib. Bu barədə Maksim Montembault məlumat verib: "Ndiavar "Nant"ın xüsusi fanatıdır. O, "kanaryalılar"ın hər bir üzvünü, hətta klubun U-19 komandasının futbolçularını adbaad tanıyır. Dakarda məşhurdur, hər kəs onu "Nant" çağırır. Sosial şəbəkə hesabında "La Beaujoire"də oyun izləmək xəyalımdır" paylaşımını gördükdən sonra hərəkətə keçdik. Onun gəlişi ilə bağlı sürprizlər hazırlanır. "Qarabağ"la oyundan sonra sonra bir neçə gün qonaq saxlayacağıq və "Klermon"la çempionat matçında da bizimlə olacaq".
Seneqallı fanat sosial şəbəkə hesabında yenidən paylaşım edərək "Qarabağ"la oyunu canlı izləyəcəyi üçün keçirdiyi hissləri çatdırıb:
Slt Nantais (es) ✈️ C'est enfin officiel, je vais réaliser mon rêve de voir la Beaujoire grâce à vous. J'ai mon visa pour venir à Nantes ce week end. Je ne sais pas comment tous vous remerciez. Votre générosité et vos messages depuis plus d'un mois me vont droit au coeur.💛💚#FCN
— ndiawar diongue (@ndiawzo2) October 24, 2022
Qeyd edək ki, "Nant" - "Qarabağ" oyunu oktyabrın 27-də keçiriləcək.
Mirağa