"Barselona" müdafiəçisini "Tottenhem"ə satmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
Xəbərə görə, Kataloniya klubu icarə əsasında sözügedən İngiltərə təmsilçisinin formasını geyinən Kleman Lanqleyə görə qarşı tərəfdən 10-15 milyon avro istəyəcək. Mənbə hotspurluların Klemanın transfer hüquqlarına daha az məbləğə yiyələnməyi hədəflədiyini və tərəflərin yaxın günlərdə danışıqlara başlayacağını vurğulayıb.
Qeyd edək ki, 27 yaşlı Lanqle "Barselona"ya 2018-ci ildə "Sevilya"dan transfer olunub. Bu mövsüm "Tottenhem" forması ilə 7 oyun keçirən futbolçunun İspaniya nəhəngi ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat