"Real Madrid" klubunun 37 yaşlı dayaq yarımmüdafiəçisi Luka Modriç tezliklə Xorvatiya millisindəki karyerasını başa vuracaq.
Fanat.Az xəbər verir ki, ESPN saytı xorvatiyalı futbolçunun dediklərini belə çatdırıb:
“Artıq müəyyən yaşa çatdığımı başa düşürəm. Dünya çempionatı, Xorvatiya millisi ilə çıxış edəcəyim sonuncu turnirim olacaq”.
Qeyd edək ki, daha əvvəl onun Avro-2024-dən sonra millini tərk edəcəyi iddia edilmişdi.
Luka Modriç Xorvatiya yığmasında 2006-cı ilin yazında debüt edib və millinin forması ilə 154 oyun keçirib.
Emin