"Mançester Yunayted" yanvarda komandadan ayrılacağı gözlənilən Kriştianu Ronalduya əvəzləyici tapıb.
Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq "Barselona"nın hücumçusu Usman Dembelenin heyətə qatılmasını istəyir.
Mənbə İngiltərə nəhənginin artıq sözügedən oyunçunun agenti ilə danışıqlara başladığını açıqlayıb.
Daha öncə "Barsa"nın Dembeleyə yeni anlaşma təklif etdiyi, lakin cavabı gecikdirəcəyi halda, onun transferə çıxarılacağı ilə bağlı xəbərlər yayılmışdı.
Nihat