"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti sıx təqvim səbəbindən futbolda zədələrin çoxluğundan danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri 63 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Zədələr futbolun bir hissəsidir. Zədə almaq istəmirsənsə, divanda uzan. Sənin futbolda nə işin var? Yerin divandır. Fiziki olaraq zərər görməyən idmançı göstərə bilərsiniz mənə? Zədə məşqdə, komanda yoldaşı ilə toqquşma zamanı da alına bilər.
Hazırda hər kəs məşq etməlidir. Əgər kimsə mənə desə ki, məşq etməkdən qorxur, o zaman evdə qalmaq, televiziya şoularına və ya filmlərə baxmaq məsləhətdir. Onlardan futbolçu olmaz. Bəzi futbolçular var ki, onlar məhs belədir.
Məncə, indi mövsümün son dərəcə gərgin dövrüdür, oyunlar çoxdur. Bir neçə futbolçumuz sıradan çıxsa da, hələlik özümüzü bərk tutmuşuq.
Futbolçu klub üçün stabil oyun nümayiş etdirsə, dünya çempionatında da formada olacaq”.
Emin