Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 3 görüş baş tutub.
MOİK və "Qəbələ-2" komandalarının duelində 6 qol vurulub. Bölgə təmsilçisi Bakıda inamlı qələbə qazanıb.
"Turan Tovuz-2" "Mingəçevir"lə görüşdə 3 xalı 3 qolla əldə edib.
"Qaradağ Lökbatan"la "Zirə-2" kollektivlərinin duelində isə qapılara qol vurulmayıb.
Turun qalan oyunları sabah keçiriləcək.
I Divizion
IX tur
25 oktyabr
MOİK – “Qəbələ-2” 2:4
Qollar: İlham Allahverdiyev, 33, 71 - Fərid İsgəndərov, 5, Süleyman Damadayev, 56, Rauf Məhərrəmov, 56-pen, Əli Mürsəlov, 90+4
Hakimlər: İslam Məmmədov, Şirmamed Mamedov, Orxan İbişov, Kamil Aydınov
Hakim-inspektor: Vüsal Əliyev
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)
“Mingəçevir” – “Turan Tovuz-2” 0:3
Qollar: Vüsal Məsimov, 30, Elçin Qasımov, 41, Akif Tağıyev, 76
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30 (canlı/pfl.az)
“Qaradağ Lökbatan” – “Zirə-2” 0:0
Hakimlər: Elvin Bayramov, Ruslan Quliyev, Asif Abdullayev, Əkbər Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
Lökbatan OİK stadionu, 14:30