12:33 26.10.2022 599

Süleymanov yeni sədri "topa tutdu": "Hakimlər robota çevrilirlər"

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar komitəsinin avsrtiyalı sədri Frits Ştuxlikin fəaliyyəti dönəmində futbol ictimaiyyətinin ədalət təmsilçilərinin peşəkarlıq səviyyəsindən, idarəçilik bacarığından narazılıqları bitib-tükənmək bilmirdi. Nəhayət gec də olsa, futbol başbilənləri Ştuxliklə vidalaşmağın vacibliyini anladı. Daha doğrusu, ictimai qınaq öz sözünü dedi və Azərbaycan futboluna yeni heç nə verə bilməyən, əksinə, böyük xaosa səbəb olan avstriyalı yola salındı. Çoxları uğursuz əcnəbinin yerini azərbaycanlı sədrin tutacağını güman etsə də, bu, baş vermədi. AFFA məmurları türkiyəli Barış Şimşəyin komitədə əsas söz sahibinə çevrilməsini uyğun saydı.

Artıq Misli Premyer Liqasının ilk 11 turu geridə qalıb. Razılaşaq ki, cari mövsüm futbolçulara 15 qırmızı vərəqə göstərən hakimlərin anlaşılmaz qərarları ilə ön plana çıxdığı matçların sayı da yetərincə çoxdur. Bəs görəsən, Şimşəyin Ştuxlikdən daha üstün fəaliyyətlə yadda qalacağını proqnozlaşdırmaq olarmı? Yaxşıya doğru nəsə dəyişibmi?

Bu sualları beynəxalq dərəcəli hakim, sabiq FİFA referisi Tahir Süleymanova ünvanladıq. Süleymanovun Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionatın startından 11 tur keçib. Hakim idarəçiliyi ilə bağlı haqlı etirazları, narazılığı nəzərə alsaq, kobud səhvlər həddindən artıq çoxdur. Bu mövsümdən VAR sistemi tətbiq edilir. Öncədən  təbliğat aparılırdı, Premyer Liqaya VAR gəldikdən sonra hakimliklə bağlı problemlər böyük ölçüdə aradan qaldırılacağı güman edilirdi. Əksi baş verir, ən yaxşı halda, ciddi irəliləyiş görünmür. VAR sisteminə aşırı güvən hakim idarəçiliyi keyfiyyətini daha da aşağı salır. Ümumi futbolda həvəskar düşüncə tərzi hakimlik sahəsində də özünü biruzə verir. Dolayısı ilə və ya birbaşa nəticəyə təsir edən kobud səhvlər sistematik hal alırsa, məsələyə ayrı-ayrı oyunlar baxımından deyil, daha əhatəli yanaşmaq vacibdir". 

"Neftçi"nin eks-vitse-prezidenti probleim mənbəyinin məhz indiki sədrdə olduğunu vurğuladı:

"Ölkə çempionatında yaradılan şəraitə görə hakimlik adına yüksək səviyyədə obyektiv idarəçilik təmin edilə bilərmi? Birmənalı olaraq, bəli! Əksər stadionlarımız müasir tələblərə cavab verir. Elita matçlarının bəziləri sintetik meydanlarda keçirilsə də, təbii ot örtüklü qazonlar nümunəvidir. Təhlükəsizlik, təşkilatı işlər yetərincə təmin edilib. Rəqib komandalar, futbolçular bir-birinə hörmətlə yanaşır, azarkeşlərin timsalında heç bir iğtişaş yaşanmır, hakimlər özlərinə qarşı təzyiq yaşamadan matçlara çıxırlar. Belə şəraitdə bu sayda hakim səhvləri qəbuledilməzdir! Səbəb nədir? Problemlərin kökü AFFA-da, birbaşa Hakimlər Komitəsinin rəhbərliyindədir. Yaradılan durumdan futbol adına maksimum istifadə əvəzinə arxayınlıq yaşanır, məsuliyyət, işə yanaşma istənilən səviyyədə deyil. 

Komandaların, azarkeşlərin mədəniyyəti, münasibəti qarşılığında hakim idarəçiliyinin keyfiyyəti üst səviyyəyə qalxmaq əvəzinə, acınacaqlı mənzərə hökm sürür. Mütləq mənfi mənada ajiotaj, qarşıdurmalar, qırğınlar baş verməlidir ki, idarəçilik səviyyəsi yüksəlsin, məsuliyyət artsın?! Azərbaycan futbolu adına hakimlik sektorunda heç vaxt son illərdə olduğu kimi münbit şərait yaradılmayıb. Aparıcı referilərin peşəkar statusa keçidi təmin edilir, maddi, mənəvi heç bir problem yaşanmır. Ən böyük problem, son dövrlərdə baş verən əcnəbi sevgisidir. "Əcnəbi mütəxəssis gətirilibsə, hər şey yolunda olacaq" təfəkkürü futbola cavabdehlərin illiyinə kimi yeriyib. Təəssüf ki, belə münasibət futbol ictimaiyyəti arasında da mövcuddur. "Lippertlər, yurçeviçlər, obradoviçlər, ştuxliklər Azərbaycan futbolunu ağ günə çıxaracaqlar" yanaşması, futbolu daha da tənəzzülə sürükləyir. Yerli və ya əcnəbi, fərq etməz, mütəxəssisə bacarığına görə qiymət verilməlidir! Kaş ki, işini bacaran yerlilərə əcnəbilərə olduğu kimi dəyər veriləydi..."

Təcrübəli futbol adamı ciddi problemlər fonunda müsbət məqamları da dilə gətirdi:

"Avstriyalı Ştuxlik 4 il Bakının mavi gecələrində feyziyab olub, daxildə intriqalar yaradıb, hakimlər arasında ayrı-seçkilik salıb Azərbaycanı tərk etdikdən sonra bir daha ölkə xaricinə müraciət edildi. Bu dəfə uzaq Avropa deyil, qardaş Türkiyəyə. Barış Şimşək təşkilatçı rəhbərdən daha çox VAR təlimatçısı təəssüratı oyadır. Avstriyalıdan fərqli yalanlara üstünlük vermir, Azərbaycan futboluna yuxarıdan aşağı baxmır, yerli mentaliteti gözəl bilir, ictimaiyyətə daha açıqdır. Yeni gəlsə də, qeyd olunan keyfiyyətlər yaşıl meydanlarda idarəçilik keyfiyyətinin təminatçısı ola bilməz. Nə qədər "VAR sistemi yenidir" deyilsə də, bu qədər səhvlər yolverilməzdir. VAR sisteminə düşüncə olaraq yanaşmada böyük yanlışlıqlar var. Baş hakimlər oyunu faktiki olaraq idarə edən hakimlər briqadası meydanda "unudulur". Referilər sərbəstiyi, məsuliyyəti itirir, belə desək, robota çevrilirlər. VAR otağında olanlar matçlara, hakimlərə kömək etmək əvəzinə, oyunları idarə etməyə çalışırlar. İstər meydanda, istərsə VAR-da əsas söz sahibi aparıcı hakimlərdir və hər birinin özünəməxsus idarəçilik qabiliyyəti var. Bu amillər matçlarda tez-tez toqquşur və vizual qarşıdurma yaradır, bir-birlərini instiktiv inkaretmə sindromu baş qaldırır. Hər bir oyunda orta hesabla 25-30, bəzi hallarda 35-40 qayda pozuntusu qeydə alınır, bunların da maksimum 3-5-i kritik, taleyüklü qərarlar olur. Buna görə hakimlər meydana çıxır və VAR sistemi tətbiq edilir. Referilər meydanda lider keyfiyyətlərini itirməməlidirlər. Qarşılaşmalarda məşqçi, futbolçu, referi münasibətlərində də böyük psixoloji problemlər yaşanır. Yeni qaydalarla hakimlərə verilən imtiyazlardan aşırı istifadə edilir, ünsiyyət mexanizmi deformasiyaya uğrayır. Hakimlər meydanda "cəllad" yox, öz hörmətlərini qoruyan, ədaləti təmsil edən pedaqoq-hakim olmalıdırlar. VAR sistemi gələndən referiləri oyunlarda psixoloji olaraq "yatırdıblar". Hətta hakimlərin metodiki səhvlərinə görə sarı və qırmızı vərəqələrin sayında artım hiss edilir. Zamanında epizodlara düzgün reaksiya verilmədiyi üçün futbolçuların bir-birinə qarşı yersiz hərəkətləri "göz oxşayır". Barış Şimşək qeyd olunanlarla bağlı ciddi işlər görməlidir. Əks halda, getdikcə oyunlarda problemlər çoxalacaq. Müsbət məqamlar da qeyd edilməlidir. Bəzi kritik qərarlarda VAR sisteminin tətbiqi oyunlarda son qərarların obyektiv olmasını təmin edir. Bunun faiz dərəcəsi yüksəlməlidir.

Ən önəmli məqamlardan biri də budur ki, futbol ictimaiyyəti, azarkeşlər arasında maarifləndirmə işləri aparılmalı, dolğun informasiya vaxtında çatdırılmalıdır. Yersiz tərəfkeşlik, səhvlərin ört-bastır edilməsi cəhdləri cəmiyyətdə əks reaksiya, aqressiya yaradır, hakimlərə olan inamsızlığı artırır. Belə halların azalması üçün ciddi işlərin görülməsi mütləqdir!"

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X