"Yuventus"un Çempionlar Liqasından kənarlaşdırılmasına baxmayaraq, baş məşqçi Massimiliano Alleqri Turin klubunda qalacaq.
Fanat.Az xəbər verir ki, bu iddia insayder Nikola Skiraya məxsusdur.
Mənbənin məlumatına görə, "Yuventus" rəhbərliyi italiyalı mütəxəssislə müqaviləni ən azı dünya çempionatı ilə bağlı fasiləyə qədər pozmaq niyyətində deyil. Həmin fasilədə klub bossları çalışdırıcının işinə qiymət verəcək.
Qeyd edək ki, oktyabrın 25-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında "Benfika"ya məğlub (3:4) olan "Yuventus" pley-off şanslarını itirib.
Mirağa