Rumıniyanın “Luqoj” klubunda çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Səmədova avrokubokda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, Çağırış Kubokunda iştirak edəcək klub turnirə 1/16 finaldan başlayacaq. "Luqoj"un rəqibi "PTT Ankara" (Türkiyə) - "Şalu" (Fransa) cütünün qalibi olacaq.
Qeyd edək ki, Səmədova oktyabrın 23-də klubla Rumıniya Superkubokunu qazanıb. Bu, onun yeni komandasında ilk titulu olub.