"Liverpul"un müdafiəçisi Vircil van Deyk komandanın baş məşqçisi Yürgen Kloppun liderlik tərzi haqqında danışıb.
Fanat.Az xəbər verir ki, "The Overlap" adlı "YouTube" kanalı 31 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“O, dəfələrlə mənim üstünə qışqırıb. Ümumiyyətlə, çox qışqırır. Amma onun bunu etməsi xoşuma gəlir. Çünki o, həqiqətən bizə və oyuna əhəmiyyət verir və bunun yaxşılaşacağına, daha kəskin olacağımıza əmin olur. Bunu müəyyən mənada çox bəyənirəm və onun qışqırması mənə kömək edir”.
Emin